İranlı general kimə terrorçu deyir? - Azərbaycana, yoxsa Ermənistana?
13.04.2025

İran ordusunun zabiti Ermənistanla birgə təlimlərin terrorıla mübarizə məqsədi daşıdığını iddia edib.

Bu iddia ilə SEPAH Quru Qoşunlarının Əməliyyatlar Komandanının müavini briqada generalı Vəliullah Mədəni çıxış edib.

“Ermənistanla keçirdiyimiz sülh təlimlərinin məqsədi Norduz sərhəd-keçid məntəqəsinin ətrafında şahidi olduğumuz terrorizmlə mübarizədir.” - deyə Vəliullah Mədəni bildirib.

Qeyd edək ki, Norduz sərhəd-keçid məntəqəsi Azərbaycanın Ordubad, Ermənistanın isə Meğri rayonu ilə sərhəddə yerləşir.

Əgər İran Ermənistanla birgə sülh təlimi keçirilirsə, burada müşahidə etdikləri “terrorizm” nədir və ya kimdir? İranlı zabit Azərbaycan silahlı qüvvələrinəmi işarə edir?

Xatırladaq ki, hansısa SEPAH generalının Azərbaycanı təhdid etməsi ilk hadisə deyil. Beləki, Azərbaycanın Ordusunun Qarabağ və Şərqi Zəngəzur istiqamətində torpaqlarını uğurla işğaldan azad etməsindən sonra SEPAH özünün “Telegram” kanallarında mütəmadi olaraq Azərbaycana qarşı açıq hədə-qorxu dolu mesajlar yayımlayır. Daha öncə SEPAH-ın Təbrizdəki qüvvələrinin komandanı Hüseyn Purismayıl Bakının İran əleyhinə bəyanatlarının arxasında İsrailin dayandığını iddia edərək Azərbaycanı açıq şəkildə təhdid edib. 

11 mart 2023-cü il tarixində isə İran rejiminə məxsus məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirib. Görüntülər SEPAH-ın rəsmi “Telegram” kanalında paylaşılaraq "Bu, sizə qarşı xəbərdarlıq idi, bacarırsınızsa, siz də bizim hava sahəmizdə uçun", açıqlaması qeyd olunub.

Dünyada terror təşkilatı kimi tanınan və terrorçu qruplar siyahısından çıxmağa can atan SEPAH, 24 mart 2024-cü ildə sosial media hesabında “İran şimal sərhədlərində sionist ünsürlərin mövcudluğuna dözməyəcək”-deyə, paylaşım edərək Azərbaycanı bir daha təhdid edib. 

SEPAH tərəfindən səsləndirilən təhdid dolu açıqlamalar və yalan iddialar İran rejiminin regionda gərginliyi artırmaq üçün uydurduğu təxribat ssenarisindən başqa bir şey deyil. Azərbaycanın qonşuluq və sülh siyasətinə sadiq dövlətdir və regionda sabitlik və əməkdaşlığa üstünlük verir. İran rejiminin bu kimi avantürist yanaşmaları uğursuzluğa düçar olacaq.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8