Bütün dünyanın gözü qarşısında Tramp demişdi: "Bir çox ölkələrin liderləri mənə zəng edirlər. Yalvarırlar ki, gəlin saziş bağlayaq" (yəni tariflərin ləğvi).
İndi isə gəlin görək, əslində kim kimə yalvarır.
ABŞ-ın ən çox borclu olduğu ölkə Yaponiyadır — təxminən 1.1 trilyon dollar. Başqa sözlə, Yaponiya ABŞ-ın xarici borc istiqrazlarının ən böyük sahibidir.
The New York Post xəbər verir ki, Trampın tarifləri dayandırmaq qərarı, Yaponiyanın ABŞ dövlət istiqrazlarını kütləvi şəkildə satmağa başlamasından sonra verilib.
Nə baş verdi?
Gecə saatlarında kimsə böyük həcmdə ABŞ dövlət istiqrazlarını satışa çıxardı. Bazar təşvişə düşdü, çünki faiz dərəcələri kəskin artmağa başladı. Faiz nə qədər yüksəksə, ABŞ hökumətinin borc üzrə xərcləri də bir o qədər artır.
Əvvəlcə amerikalılar bu satışın arxasında Çinin dayandığını zənn etdilər. Lakin qısa müddət sonra məlum oldu ki, istiqrazları satmaqda olan Yaponiyadır.
Yaponlar bu addımı atarkən, ABŞ-da səhər açılanda Tramp dərhal tarifləri dayandıracağını açıqladı. Nəticədə yaponlar da istiqrazların satışını dayandırdılar.
İndi sual budur: əslində kim kimə yalvarıb?
Kamran Cəfərov
visiontv.az