SEPAH-ın əsas qüvvələrindən olan "Həmzə Seyyid əl-Şühəda" qərargahının komandiri dəyişilib
13.04.2025

İranın şimal qərb bölgəsində SEPAH-ın əsas qüvvələrindən olan "Həmzə Seyyid əl-Şühəda" qərargahının komandiri dəyişilib.

Bu barədə yerli media məlumat verib.

Məlumata görə, azərbaycanlı Əliəkbər Cəmişidianın yerinə miliyyətcə lor olan Amanullah Gəştasebi təyin edilib.

Uzun illərdən sonra əksəriyyətinin türklərdən ibarət olduğu qərargaha qeyri-türk komandirin təyin edilməsi təəccüblə qarşılaşıb.

Yerli sosial media platformalarında bunu Tehranın indiki həssas məqamda türklərə inanmamağı ilə əlaqələndiriblər.

Qeyd edək ki, SEPAH-ın "Həmzə Seyyid əl-Şühəda" qərargahı Qərbi Azərbaycan və Kürdüstan əyalətlərinə, yəni Naxçıvan, Türkiyə və Şimali İraqın sərhəd bölgələrinə cavabdehdir.

Qərargahın keçmiş komandiri Cəmişidian isə daha əvvəl SEPAH-ın Şərqi Azərbaycan əyalətindəki "Aşura" qərargına da başçılıq edib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8