Gürcüstanda etiraz aksiyaları seçkinin nəticələrinə deyil, hökumətin Avropa İttifaqı ilə danışıqların rəsmən dayandırmasına görə başladı. Artiq Gürcüstan inqilabın astanasındadı. Bu etirazlara prezident Salomi Zurabaşvili başçılıq edir. Etirazlarin kütləvi hal almasında Bas nazir Kobaxidzenin Avropa İttifaqı ilə danışıqları rəsmən dayandırmasi və qrantlardan imtina etməsi ilə bağlı qərardan sonra baş verdi.
Gürcüstanda etirazlara ABŞ deyil, Avropa İttifaqı dəstək verir. Gürcüstan hökuməti 20 il oturuşmuş avrointeqrasiya siyasətindən imtina edərək, radikal şəkildə dönüş etməsi Gürcüstan əhalisinin küçələrə çıxmasına səbəb oldu. Halbuki seçki günü və ondan sonrakı proseslərdə etirazlar bu qədər kütləvi deyildi və hökumət arxayın olaraq daha da radikal qərarlar qəbul etdi.
Boz kardinal B.İvanaşvili hesab edirdi ki, xarici agentlər haqqında qanunun qəbulunda hökumətə ciddi etiraz olmadı. Seçkidə müxalifət zəif oldu. Məhz xalq seçkinin nəticələri ilə müəyyən qədər hesablalaşmişdı. İndiki Gürcüstan da etiraz seçkinin nəticələrinə etiraza görə deyil, hökumətin avrointeqrasiya siyasi kursundan imtinasına qarşı keçirilən kütləvi etirazlardi. Halbuki hökumət buna rəvac verməyə bilərdi.
Əgər, Gürcüstanda etiraz aksiyaları hökuməti istefaya göndərərsə, prezident yeni aralıq hökumət təsis edib, seçkilərə gedəcək. M. Saakaşvili həbsdən çıxarıb, onun siyasətə dönüş etməsinə şərait yarada bilər. Etirazlara sərt güc tətbiq edilsə, etirazlar daha ciddi xarakter alması mümkündür. Gürcü Arzusu hökuməti səhv hesablamalaraq aparaq, tez qərarlar verdi.
Məhəmməd Əsədullazadə, MCP Başqan müavini, siyasi ekspert
visiontv.az