Fransalı səfir Dekotin və SEPAH zabiti Sübhani: Hər ikisi sinxron çalışmaq üçün Ermənistandadırlar
Fransalı səfir Dekotin və SEPAH zabiti Sübhani: Hər ikisi sinxron çalışmaq üçün Ermənistandadırlar
08.03.2024 Sahib Alıyev Tərəfindən

Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin bir çox məsələlərdə maraqları üst-üstə düşməsə də, bizim regiondakı proseslərə yanaşmada ölkəsinin İranla eyni mövqedə olmlarını bilirdiməsində bizim üçün sirr sayılacaq heç nə yoxdur. O da sirr deyil ki, Fransa niyə məhz İranda işləmiş diplomatını Ermənistana səfir göndərdi. Bilmirəm, Dekotini də İranın Ermənistandakı səfiri Mehdi Sübhani kimi ölkəsinin güc sturkturunun təmsilçisidir ya yox, amma nə birincinin, nə də ikincinin indiki vaxtda Ermənistanda peyda olmaları təsadüfdür.

Fikrimcə, Dekotini ilə SEPAH zabiti Sübhani həm də ona görə eyni vaxtda Ermənistana göndəriliblər ki, Fransayla İranın orada sinxron çalışmalarını təmin etsinlər.

Xatırladım ki, Sübhani və Dekotini bundan öncə də dövlətləri üçün biri Suriyada səfir, digəri isə İraq Kürdüstanında baş konsul olaraq təqribən bənzər missiya yerinə yetiriblər. Yəni getdikləri yerdə qarşıdurmanın qızışdırılması fonunda ölkələrinin mövqelərinin gücləndirilməsinə çalışıblar.

Fransanın müdafiə nazirinin İrəvana gəilişinin ardından Yunanıstanınkının orada peyda olması, ikinicinin səfəri başa çatar-çatmaz Suren Papikyanın İrana üz tutması o deməkdir ki, onlar yenə də eyni işlə məşğuldurlar və "dördlü ittifaq" haqqında deyilənlərin sözdən əmələ keçməsi yönündə müyəyyən hazırlıqlar görülür. Və bu hazırlıqlar heç də regionda sülhə xidmət üçün deyil. Ermənistan yeni savaşa sürüklənir.

Ermənistanı savaşa sürükləyənlərin ön cərgəsində isə sözü gedən dördlüyün aparıcı qüvvələri olaraq məhz Fransayla İran durur. Fransanın Ermənistandakı səfirinin dediyi kimi Parislə Tehran arasında müəyyən fikir ayrılıqlarının olması mümkündür. Amma İrandakı indiki rejimin varlığında( bu rejimin qurucusunun 1979-cu il inqilabı baş verəndə Tehrana məhz Parisdən gəldiyi unudulmamalıdır) Fransanın oynadığı rol onu göstərir ki, aralarındakı fikir ayrılığı aysberqin görünən tərəfidirsə, görünməyən tərəfində sıx əməkdaşlıq var. Bir sözlə, Fransanın bizim regiondakı "bacı"larının sayı bir yox, ikidir. Və bu bacıların hər üçü eyni bezin qırağıdırlar.

Millət vəkili Sahib Alıyev

visiontv.az