Fransa-Azərbaycan münasibətlərinin iki istiqamətdə inkişaf edə bilər
Fransa-Azərbaycan münasibətlərinin iki istiqamətdə inkişaf edə bilər
19.04.2024 Elxan Şahinoğlu Tərəfindən

Fransa-Azərbaycan münasibətlərinin iki istiqamətdən biri üzrə inkişafı perspektivi var. Birinci variant odur ki, rəsmi Paris Azərbaycan siyasətini korrektə edir, səfirini yenidən Bakıya döndərir və Azərbaycan əleyhinə açıqlamalardan imtina edir.

Paris eyni zamanda Ermənistana hərbi texnika göndərməsi qərarına da yenidən baxır. Bu halda Bakı ilə Paris arasındakı münasibətlərdə tədricən normallaşma başlaya bilər, hətta bu məqsədlə iki ölkə diplomatlarının tərtib edə biləcəkləri “yol xəritəsi”nə ehtiyac yaranacaq. İkinci variant isə Parisin qatı ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirməsidir ki, səfirlərin geri çağrılmasından sonrakı mərhələdə diplomatik münasibətlərə xitam verilir. Bu, iki ölkə arasında iqtisadi və enerji sahəsindəki əlaqələrin də tədricən zəifləməsinə və dondurulmasına yol açacaq. Bu variant heç kim üçün faydalı deyil. Paris münasibətlərin normallaşması üçün addım atmasa hadisələr ikinci variant üzrə inkişaf edəcək.

Elxan Şahinoğlu

visiontv.az