Bosniya və Herseqovina Türkiyədən Bayraktar TB2 alacaq
14.09.2024

Bosniya və Herseqovina Müdafiə Nazirliyi Türkiyədən 6 ədəd Bayraktar TB2 PUA alacağını təsdiqləyib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Albaniya, Rumıniya və Kosovodan sonra Bayraktar TB2 alan Bosniya və Herseqovina, TB2-nin fəaliyyət göstərəcəyi 4-cü Balkan ölkəsi olacaq.

Mövzu ilə bağlı açıqlama verən Bosniya və Herseqovina Müdafiə Nazirliyi, BAYKAR ilə bağlanılan müqavilə əsasında 6 ədəd Bayraktar TB2 pilotsuz uçuş aparatını tədarük edəcəyini açıqlayıb.