Azərbaycanda bu günə qədər meymunçiçəyinə şübhəli hallar qeydə alınmayıb
30.09.2024

Azərbaycanda bu günə qədər meymunçiçəyinə şübhəli hallar qeydə alınmayıb.

Visiontv.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, belə hallar qeyd edildiyi təqdirdə Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi qaydalara əsasən həmin şəxslər test olunaraq laborator diaqnostika aparılacaq.