ABŞ prezidentliyinə namzəd Tehrana qarşı daha sərt mövqe tutmağa tərəfdar çıxıb
07.12.2023

2024-cü il ABŞ prezidentliyinə namzəd Nikki Heyli dekabrın 6-sı namzədlərlə dördüncü debatında İrana qarşı daha sərt mövqe tutmağa tərəfdar çıxıb.

ABŞ-ın BMT-də keçmiş təmsilçisi Heyli debatda deyib: “onları möhkəm yumruqla çırpmaq lazımdır. Mən BMT-də vəzifəmi davam etdirərkən hər gün İranla məşğul olmuşam. 

Bilirəm ki, İran rəsmiləri ancaq zor dilini başa düşürlər. Sanksiyalar yumşalanda özlərinə gəlib yollarına davam edirlər.”

Debatda prezidnetliyə 4 namzəd- Vivek Ramasvami, Nikki Heyli, Ron DeSantis və Kris Kristi iştirak ediblər.

Heyli üçüncü debatında demişdir: “İran rejimi olmadan HƏMAS ola bilməz, İran olmadan Hizbullah və Husilər ola bilməzlər. İran olmasaydı proksi qüvvələri Susiya və İraqda hərbçilərimizə həmlə edə bilməzdilər.” 

visiontv.az