Trampın adı əbədiləşdirilməsə, Kennedi Mərkəzi sökülə bilər
26.08.2026

ABŞ Ədliyyə Nazirliyi ABŞ Prezidenti Donald Trampın adının əbədiləşdirilməsindən imtina ediləcəyi təqdirdə, Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzini sökməklə hədələyib.

Visiontv.az  xəbər verir ki, bu barədə "The Washington Post" (WP) sənədlərə istinadən məlumat yayıb.

Hökumət nümayəndələri iddia edirlər ki, Tramp mərkəzin "maliyyə cəhətdən dirçəlməsini" təmin edib və onun adı, eləcə də obrazı mərkəz üçün önəmlidir. Lakin nəşrin məlumatına görə, hazırkı   ABŞ prezidentinin adının binanın üzərinə əlavə olunmasından sonra bilet satışlarından və vəsait toplanışından əldə edilən gəlirlərdə kəskin azalma müşahidə edilib.

Baş prokurorun köməkçisi Brett Şumate və nazirliyin iki vəkili bildiriblər ki, əgər Tramp mərkəzin yenidən qurulması prosesinə müdaxilə etməsə, "ölkə paytaxtı üçün biabırçılıq olan və əsaslı şəkildə təhlükəli" hesab edilən bu obyekt "qaçılmaz tənəzzüllə" üz-üzə qalacaq.

"Bu səylər olmasa, mərkəz deqradasiyaya uğrayaraq təhlükəli, qəzalı vəziyyətə düşəcək və nəticədə onu sökmək məcburiyyətində qalacağıq", - deyə Şumate vurğulayıb.

Nəşr qeyd edir ki, bu iddia Tramp tərəfdarlarının mərkəzin sökülməsi ehtimalını dilə gətirdikləri ilk haldır. Bildirilir ki, vəkillər mərkəzin yerində "Potomak çayına mənzərəsi olan böyük açıq amfiteatr" inşa etməyi təklif ediblər.

Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzi və ya qısaca Kennedi Mərkəzi 1971-ci ildə prezident Con Kennedinin xatirəsinə açılıb. Mərkəzin daxilində yeddi teatr fəaliyyət göstərir və burada hər il 2 mindən çox tamaşa nümayiş etdirilir.

visiontv.az