2026–2027-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu yanaşmanın növbəti illərdə mərhələli şəkildə yuxarı siniflərə də tətbiqi planlaşdırılır.
Qeyd edək ki, indiyə qədər analoji qayda 5 və 6-cı siniflərə aid idi.
visiontv.az