Rəisinin ölümü yenidən gündəmdə: Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür
25.05.2026

İranın ərəbdilli “NAYA” Telegram kanalı keçmiş İran prezidenti İbrahim Rəisinin ölümünün ildönümü ilə bağlı animasiya yayımlayıb.

Paylaşımda “LEGO stilində çəkilmiş animasiya İranın məşhur prezidentinin səyahətini əks etdirir” ifadəsi yer alıb. Ancaq burada əsas diqqət çəkən məqam hadisənin Rəisinin Azərbaycan sərhədində baş tutan görüşündən sonra baş verməsinə eyham vurulmasıdır. Azərbaycana qarşı əsassız ittihamlar yenidən animasiya ilə gündəmə gətirilib. Eyni zamanda, videoda onun ölümündə İsrailin əlinin olduğuna dair görüntülər yer alıb.

Qeyd edək ki, İbrahim Rəisi 19 may 2024-cü ildə Azərbaycanla sərhəddə yerləşən “Xudafərin” və “Qız Qalası” su anbarlarının açılış mərasimindən qayıdarkən helikopter qəzasında həlak olub.

Hadisədən sonra İran Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən yayılan yekun bəyanatda qəzanın əsas səbəbi kimi əlverişsiz hava şəraiti göstərilib.

visiontv.az