Papuaşvili: Gürcüstan üçün Abxaziya və Tsxinvalisiz Aİ-yə üzvlüyün heç bir dəyəri yoxdur
21.09.2026

“Gürcüstan üçün Abxaziya və Tsxinvali bölgəsi olmadan Avropa İttifaqına üzvlüyün heç bir dəyəri yoxdur”.

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda xaricdən idarə olunan və “Abxaziya və Tsxinvali olmadan Aİ-də Gürcüstan” ideyasını təbliğ edən bir təbliğat kampaniyası aparılır.

“Bu kampaniya Ukraynaya ünvanlanmış bu mesajı əks etdirir: inkişafını sürətləndirmək və  Avropa perspektivlərini daha real etmək üçün ölkə ərazi güzəştlərinə getməlidir. Gürcüstan daxilindəki bütün təbliğatçılar və bu təbliğatı xaricdən sifariş edənlər üçün bir daha təkrar edirəm: Abxaziya və Tsxinvali bölgəsi olmadan  Avropa İttifaqına üzvlük Gürcüstan üçün heç bir dəyər kəsb etmir. Hər kəs bunu yadda saxlamalıdır", - deyə spiker əlavə edib.

visiontv.az