Gürcü spiker: Avropa vəsaitləri Gürcüstanda faşizm ideologiyasının təbliğinə sərf olunur
21.09.2026

“Avropa İttifaqı Gürcüstanda radikalizmi maliyyələşdirməkdə davam edir”.

Bunu Gürcüstan parlametinin sədri Şalva Papuaşvili brifinqdə deyib.

Spiker bildirib ki, Avropa vəsaitləri Gürcüstanda faşizm ideologiyasını təbliğ edən şəxslər və yaxud qrupların maliyyələşdirilməsi üçün sərf olunur.

“Biz bu faktı qəbul etməliyik. Brüsselin bu məsələyə reaksiya verəcəyinə ümid bəsləmirəm. Belə ki, Brüssel gürcü xalqının mövqeyinə laqeyd yanaşır. Onların Gürcüstanda qeyri-sabit vəziyyət yaratmaq kimi aydın bir gündəliyi var”, - deyə Papuaşvili əlavə edib.

Qeyd edək ki, bu yaxınlarda Siyasi  Araşdırmalar üzrə Tbilisi Məktəbi  Avropa Şurasının dəstəyi ilə seminar təşkil edib. Gürcüstanın Dövlət  Auditi  Xidməti tədbir üçün qrantın razılıq olmadan mümkün əldə edilməsi faktı üzrə yoxlamalara başlayıb.

visiontv.az