"New York Times” öz mənbələrinə istinadən yazır ki, ABŞ kəşfiyyat agentlikləri Müctəba Xameneinin İranın nüvə silahı əldə etməsinə atası Əli Xameneidən daha meylli olduğu fikrindədirlər.
Qəzetin yazdığına görə, ABŞ və İsrail hücumları zamanı bir sıra keçmiş liderlərin öldürülməsindən sonra Müctəba Xamenei və hakimiyyəti ələ alan sərt xətt tərəfdarı rəsmilər daha inkişaf etmiş nüvə silahı yaratmaq qabiliyyətinin inkişafı üçün yollar axtarırlar. Amerikalı rəsmilər bildiriblər ki, hazırda Xameneinin baxışları haqqında əllərində olan informasiyaların çoxu müharibədən öncəki dönəmə əsaslanır. Onlar həmçinin ABŞ və İsrailin başlatdığı müharibədə Xameneinin ciddi yaralandığı qənaətindədirlər.
Qəzetə danışan mənbələrin dəyərləndirməsinə görə, Müctəba Xamenei hələ də hökumətin cilovunu əlində saxlayır, amma buna rəğmən atası kimi tam və sərhədsiz təsirə, eləcə də gücə hələlik sahib deyil. ABŞ Kəşfiyyat Agentliklərinin fikrincə, Xameneinin gələcəkdə nüvə silahı əldə etmək istəyir Ağ Evin Tehrana qarşı hərbi təzyiqlərini artırması üçün yeni arqumentlər yarada bilər. Bununla belə qəzet yazır ki, ABŞ rəsmiləri Xameneinin nüvə silahından daha nüvə döyüş başlıqlarının inkişaf etdirilməsindən daha çox maraqlı olduğu fikrindədirlər.
visiontv.az