Kreml: İrəvan Avropa İttifaqını seçərsə, Rusiyanın güzəştli qazından məhrum olacaq
25.05.2026

Ermənistanın gələcək iqtisadi inteqrasiya yolunun seçim məsələsi açıq qalır.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O deyib ki, Ermənistan  Avrasiya İqtisadi İttifaqından ayrılarsa, İrəvanın hazırda istifadə etdiyi "güzəştli qaz qiymətləri" mövcud olmayacaq.

Peskov vurğulayıb ki, Moskva ilə İrəvan dialoqlarını davam etdirir və Ermənistanla təmaslar davam etdiriləcək.

Kremlin sözçüsü qeyd edib ki, Moskva Baş nazir  Nikol  Paşinyanın  Ermənistanın  Rusiya əleyhinə ritorika ilə məşğul olmayacağı ilə bağlı açıqlamalarını eşidib.

visiontv.az