Komitə sədri: Gürcüstanın Azərbaycanla bugünkü qədər yaxın siyasi münasibətləri olmayıb
17.04.2026

Müstəqilliyin bərpasından bu yana Gürcüstanın Türkiyə, Ermənistan və Azərbaycanla heç vaxt bugünkü qədər yaxın siyasi münasibətləri olmayıb.

 Bunu  Gürcüstan parlamentinin  Xarici əlaqələr komitəsinin sədri   Nikoloz Samxaradze deyib.

Onun sözlərinə görə, dünyanın demək olar yarısında gərginliklərin yaşandığı bir dövrdə Qafqazda sülh hökm sürür.

"Bu, Gürcüstan, Azərbaycan və Ermənistanın birgə yürütdüyü müdrik siyasətin nəticəsidir", - Samxaradze əlavə edib.

visiontv.az