İran vətəndaşlarının internetə nə zaman çıxış əldə edəcəyi bilinmir
14.04.2026

İran Kompüter Gildiyası Təşkilatının rəhbəri bazar günü "bəzi müəssisələrin beynəlxalq internetə yenidən çıxışına baxmayaraq", geniş ictimaiyyətin internetə qoşulması üçün konkret vaxtın hələ elan edilmədiyini bildirib.

Əli Həkim Cavadinin sözlərinə görə, ölkə "xüsusi və müharibə vəziyyətindədir" və məsul qurumlar "xüsusi təhlükəsizlik mülahizələrinə" əməl edirlər.

Həkim Cavadi həmçinin "şəraitin yaxşılaşması" ilə internetin bağlanmasının sona çatacağına və kommunikasiya infrastrukturunun normal vəziyyətə qayıdacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Dünya üzrə internetin vəziyyətini izləyən Netblocks şirkəti İranda internetin bağlanmasının altı həftədən çoxdur davam etdiyini açıqlayıb.

visiontv.az