İran hərbi müşaviri Ali Xameneinin öldürülməsinə görə cavab veriləcəyi ilə hədələyib
28.07.2026

İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri Məcid Mirəhmədi ölkənin keçmiş Ali Rəhbəri Əli Xameneinin öldürülməsi əmrini verənlərin və bunu həyata keçirənlərin cavab verməli oldu]unu bildirib.

“Bu ağır cinayəti törədənlər və onu əmr edənlər Qurani-Kərimin hökmünə əsasən etdikləri əməlin qarşılığını eyni şəkildə almalıdırlar.” - deyə o bildirib/

Onun sözlərinə görə, qisas şəxsi məsələ deyil, milli və islami bir məsələdir. Mirəhmədi əlavə edib ki, səbir hüququn tələb edilməsindən əl çəkmək deyil, həmin hüququ əldə etmək yolunda dözümlə hərəkət etmək deməkdir və cavab tədbirləri “münasib vaxtda” həyata keçiriləcək.

Mirəhmədi vurğulayıb ki, İran lazımi şəkildə cavab verməsə, ölkə davamlı olaraq sui-qəsd təhlükəsi ilə üz-üzə qalacaq. Onun sözlərinə görə, bu təhlükə yalnız İranın düşmənləri ölkənin cavab vermək iradəsini praktikada gördükdə azalacaq.

visiontv.az