Havay adalarında Kilauea vulkanı püskürür
29.07.2026

Havay adalarında Halemaumau kraterində Kilauea vulkanında püskürmə başlayıb.

Visiontv.az-ın məlumatına görə, bu barədə  ABŞ Geoloji  Xidməti (USGS) məlumat yayıb. 

"Halemaumau kraterində  Kilauea vulkanının zirvəsində davam edən püskürmənin 52-ci epizodu çərçivəsində ilkin zəif aktivlik  Havay vaxtı ilə səhər saat 10:22 radələrində başlayıb", - deyə qurumun məlumatında bildirilir.

Seysmoloqlar qeyd edirlər ki, püskürmənin başlaması ilə onlar aviasiya üçün təhlükə səviyyəsini sarıdan narıncıya qaldırıblar.

visiontv.az