Fərhad Məmmədov: Erməni kilsəsinin bəyanatları ölkədə revanşist qüvvələrin mövcudluğunu göstərir
21.09.2026

Erməni kilsəsinin son illərdəki bəyanat və qərarları ölkədə revanşist qüvvələrin mövcudluğunu göstərir.

Bunu BMTMM-in İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz  Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, partiyalar və müxtəlif ictimai-siyasi qurumların mövqeyi konyunkturadan asılı olaraq dəyişə bilər:

“Amma Erməni kilsəsinin son 3-5 ildə verdiyi bəyanatlar və qəbul etdiyi qərarlar göstərir ki, Ermənistan cəmiyyətində revanşist hislərin ən böyük institusional dəstəyi məhz bu kilsəyə aiddir”, - o vurğulayıb.

visiontv.az