Çin İranın yeni ali liderinin hədəfə alınmasına qarşıdır
11.03.2026

Çin ABŞ və İsrailin İranın yeni ali rəhbəri Müctəba Xameneini hədəfə almasına qarşı olduğunu bildirib.

"Pekin istənilən bəhanə ilə digər ölkələrin daxili işlərinə müdaxiləyə qarşıdır, İranın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə hörmət edilməlidir", – Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Cyakun belə deyib.

İsrail ordusu martın 8-də X sosial şəbəkəsində yazıb ki, fevralın 28-də ABŞ və İsrail hücumunda öldürülən İranın ali rəhbəri Əli Xameneinin istənilən varisini təqib edəcək.

ABŞ prezidenti Donald Tramp həmin gün "ABC News"a bildirib ki, yeni ali rəhbər "bizim təsdiqimizi almasa, çox davam gətirməyəcək".

visiontv.az