Çin hakimiyyəti hegemonluğa və güc siyasətinə qətiyyətlə qarşı durmaq, ədalətli beynəlxalq münasibətləri irəli sürmək niyyətindədir.
Visiontv.az Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə ölkənin Xalq Nümayəndələri Yığıncağının növbəti sessiyası zamanı dərc olunan sənəddə deyilir.
"Biz müstəqil və sərbəst sülhsevər xarici siyasətə qətiyyətlə sadiq qalacağıq. Qlobal tərəfdaşlıq şəbəkəsini genişləndirəcəyik, hegemonluğa və güc siyasətinə qətiyyətlə qarşı duracağıq, beynəlxalq münasibətlərdə bərabərliyi və ədaləti müdafiə edəcəyik", - deyə sənəddə bildirilib.
Çin hakimiyyəti bəyan edib ki, beynəlxalq qaydaların ədalətli və rasional istiqamətdə möhkəmləndirilməsinə kömək etməyə hazırdırlar.
visiontv.az