İranda real hakimiyyət Ali liderin ofisi daxilində fəaliyyət göstərən gizli bir şəbəkənin əlindədir
05.03.2026

Yeni hesabatda bildirilir ki, İranda real hakimiyyət rəsmi hökumət orqanlarında deyil, Ali liderin ofisi daxilində fəaliyyət göstərən gizli bir şəbəkənin əlindədir.

Fox News-un məlumatına görə, United Against Nuclear Iran tərəfindən yayımlanan “Beytin ifşası” adlı sənəddə qeyd olunur ki, “Beyt” adlanan bu struktur ölkədə “dövlət içində dövlət” kimi fəaliyyət göstərir.

Hesabata görə, təxminən 4 min nəfər bu mərkəzi şəbəkədə çalışır və on minlərlə şəxs ordu, iqtisadiyyat, dini qurumlar və dövlət strukturlarında bu sistemə bağlı şəkildə işləyir. Qərarların, o cümlədən nüvə proqramı və təhlükəsizlik məsələlərinin əsas nəzarəti də bu ofisin əlindədir.

Sənəddə Müctəba Xameneinin rolu da vurğulanır; bildirilir ki, o, atasının ofisi daxilində əsas fiqurlardan biridir və adeta “kiçik lider” kimi fəaliyyət göstərir.

Hesabatda qeyd olunur ki, “Beyt” İranda hakimiyyət piramidasının zirvəsində dayanır və hətta rəsmi hökumət və Sepahdan da yuxarı mövqedədir.

Bu açıqlamalar, Əli Xameneinin səhhəti və ictimaiyyət qarşısında görünməsinin azalması ilə bağlı yayılan iddialar fonunda dərc olunub. Lakin sənəd vurğulayır ki, Ali lider fiziki olaraq səhnədə olmasa belə, bu struktur hakimiyyətin davamlılığını təmin edir.

Siyasi şərhçi Sadiq İsabəyli

visiontv.az