Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
19.06.2026

Ümumvətəndaş, diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi nəticəsində Azərbaycan vətəndaşlarının 95 ölkəyə sərbəst gediş-gəlişi təmin olunur.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri  Səməd Seyidov deyib.
Deputat bildirib ki, 86 ölkəyə diplomatik və  xidməti, 22 ölkəyə isə ümumvətəndaş pasportuna malik  Azərbaycan vətəndaşları sərbəst gedib gələ bilir.

visiontv.az