İran İslam Şurası Məclisinin sədri bildirib ki: Anlaşma memorandumunda qəbul etdiyimiz hər bir öhdəlik, «addım qarşısında addım» prinsipinə əsaslanır.
On üçüncü bənd də elə bu əsasda tənzim edilib; yəni, əgər Amerika öz öhdəliklərinə əməl etməzsə, biz də bir hərəkət etməyəcəyik.
Düşmən ölkəmizdə səbatsızlıq törətmək və devriliş etmək istəyirdi. Amma, bu gün şərait elə oldu ki, bütün dövlətlər və bütün xalqlar İran İslam Respublikasının qüdrətini gördülər- deyə, Məhəmməd-Baqir Qalibaf vurğulayıb.
İran İslam Şurası Məclisinin sədri sonra belə qeyd edib: Mənim Amerikaya bədbinliyim və inamsızlığım hamıdan çoxdur. Bizim zəmanətimiz, İranın gücüdür.
visiontv.az