ABŞ-də hərbi məqsədlər üçün xidməti itlər klonlaşdırılacaq
23.10.2026

ABŞ-nin müdafiə texnologiyaları şirkəti olan "Anduril Industries"in qurucusu Palmer Laki hərbi məqsədlər üçün xidməti itlərin genlərinin dəyişdirilməsi və onların klonlanmasını nəzərdə tutan yeni layihəyə başlamağı planlaşdırır.

 Bu barədə "Financial Times" (FT) nəşri məlumat yayıb.

Verilən məlumata əsasən, yeni startap proqram təminatı sahəsində fəaliyyət göstərən sahibkar Ben Lammın iştirakı ilə təsis edilir. Nəşr yazır ki, şirkət genetik modifikasiyaya məruz qalmış işçi itlər yaratmağı və onları döyüş məlumatlılığı adlandırılan xüsusiyyəti təmin edəcək texnologiyalarla təchiz etməyi hədəfləyir.

Sazişin təfərrüatına bələd olan mənbənin sözlərinə görə, layihəyə yatırılacaq ümumi investisiya həcmi 1.2 milyard dollara çata bilər. Layihənin maliyyələşdirilməsinə  ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəli şirkətlərin də cəlb olunması istisna edilmir.

Lamm izah edib ki, layihənin əsas hədəflərindən biri ən yaxşı xidməti itlərin biobankının yaradılması və ardınca həmin heyvanların klonlanmasıdır.

Bununla yanaşı, sahibkar itlərin iş qabiliyyətini artırmaq və ömrünü uzatmaq məqsədilə genlərin redaktə edilməsi imkanlarını da nəzərdən keçirir.

visiontv.az