ABŞ-də B-52 strateji bombardmançısı qəzaya uğrayıb
17.06.2026

ABŞ-nin Kaliforniya ştatının cənubunda "B-52 Stratofortress" strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb. Hadisə təyyarə Edvards Hərbi Hava Bazasından havaya qalxarkən baş verib. Təyyarə alovlanıb və səkkiz ekipaj üzvünün hamısı həlak olub.

B-52 nüvə silahı daşımaq qabiliyyətinə malik ağır, uzaqmənzilli strateji bombardmançıdır. Bu tip təyyarələr ilk dəfə ABŞ Hərbi Hava Qüvvələrinin arsenalına 1950-ci illərdə daxil edilib. Bir neçə B-52 bombardmançısı İrana qarşı son hərbi kampaniyada iştirak edib.

Səkkizmühərrikli reaktiv təyyarə növbəti sınaq uçuşu həyata keçirirdi.

ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Ceyms Heyz hadisədən bir neçə saat sonra bildirib ki, təyyarə havaya qalxdıqdan dərhal sonra uçuş-eniş zolağının yaxınlığında yerə çırpılıb. Onun sözlərinə görə, bu uçuş radarların modernləşdirilməsi proqramına dəstək məqsədi daşıyırdı.

Qəzanın dəqiq səbəbi hələlik məlum deyil, araşdırma aparılır.

visiontv.az