Zəngəzur dəhlizi işə düşdüyü halda belə biz alternativ kommunikasiyaya ehtiyac duyacaqdıq
Zəngəzur dəhlizi  işə düşdüyü halda belə biz alternativ kommunikasiyaya ehtiyac duyacaqdıq
12.03.2022 Sahib Alıyev Tərəfindən

Azərbaycanla İran arasında, ikincinin ərazisindən keçməklə Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu əksər ekspert və siyasətçilərin bildirdikləri kimi bəli, doğrudan da, tarixi hadisədir.

Ancaq belə bir addımın atılacağı gözlənilirdi.  Yəni Zəngəzur dəhlizi  işə düşdüyü halda belə Azərbaycan Zəngilanı Ordubadla birləşdriən alternativ kommunikasiyaya ehtiyac duyacaqdı.  Çünki bizə təzyiq məqsədilə günlərin birində həmən dəhlizdə problemlər yaradılacaqdı.  Alternativin mövcudluğu şəraitində isə bu, asan olmaycaq. Ən əsası belədə Laçın yolunda kimin hərəkət edəcəyini, necə hərəkət edəcəyini də ancaq və ancaq Azərbaycan müəyyənləşdirəcək. 

Bir sözlə,  bizim   İrandan keçməklə Şərqi Zəngəzurla Naxçıvan arasında  kommunikasiya bağlantıları yaratmaq kimi bir strategiyamız vardı. İndiki halda isə atılan bu addım artıq geostrateji xarakter daşıyır. Çünki  Ukraynadakı savaşa görə Rusiya sanksiyalarla üzləşib. Bu isə o deməkdir ki, Asiyadan Avropaya daşınacaq yüklərin böyük bir hissəsi hər iki marşrut üzrə bizim regiondan, bizim ölkədən keçə, Naxçıvan isə ninki blokadadan çıxa, hətt nəqliyyta habına da çevrilə bilər. Dünənki Anlaşma Memorandumu onu göstərir ki, çevriləcək də, çünki artıq bu, İranın da  tranzit ölkə potensialını əhəmiyyətli dərəcədə artırır.  Eyni zamanda orası da var ki,  İran artıq Avropa üçün nəzərdə tutulan  yüklərini (Vyana danışıqlarının gedişi göstərir ki, həmən yüklər  çox böyük həcmdə artacaq)  Rusiya sərhədçilərinin kontrolunda olacaq Zəngəzur dəhlizindən yan keçməklə çatdırmaq şansı əldə edir. Yeri gəlmişkən,  önəmli olan bir də odur ki,  İrandan Naxçıvana çəkiləcək yeni dəmir və quru  yollarının ətrafında yaşayanların əksəriyyəti bizim soydaşlarımızdır və bu onların da dolanışığına təsirsiz ötüşməyəcək. 

Sözü gedən Memorandum həm də o deməkdir ki,  Azərbaycan-Türkiyə-İran əlaqələrində qarşılıqlı faydaya dayanan yeni proqnozayatımlı mərhələ başlayır.  Yəni Zəngəzurla Naxçıvan arasında kommunikasiya bağlantısı sadəcə Azərbaycanla İranı deyil, Türkiyə ilə İranı da bir-birinə xeyli yaxınlaşdırır.

Heç şübhəsiz ki, Azərbaycan və Türkiyə dövlət başçılarının martın 10-da Ankaradakı  4 saatlıq görüşlərində də üzərində dayanılan məsələlərdən biri bu olmuşdu. Cənab İlham Əliyevin Türkiyəyə səfərindən bir gün sonra bu Memorandumun imzalanması da elə bir növ onun təsdiqdir.

Ancaq orasını da xatırladım ki, Ankaradakı görüşdə Zəngəzur dəhlizinin tezliklə işə düşməsi haqda danışıldığı da bildirilirdi. Demək ki, həmən dəhliz bizim üçün heç də aktuallığını itirmir, ikinci plana keçir. İkinci plana keçdiyindən də onun Ermənsitanın və Rusiyanın  əlində regional təsir aləti kimi əvvəlki önəmi qalmır. 

Beləliklə, Prezidetn İlham Əliyev bu geosiyasi qarmaqarışıqlıq dönəmində təkcə proseslərin gedişini  necə dəqiqliklə oxuduğunun deyil, həm də ona öz dövlətinin maraqlarına uyğun şəkildə təsir göstərməyi də bacardığının növbəti bir örnəyini ortaya qoydu.

Qoy Ermənistan da  Avropa Parlamentinin Fransanın dəstyi ilə  qəbul etdiyi və bizim üçün heç bir önəm daşımayan kağız parçasından təsəlli tapsın. Qazları kəsilənlər isə onu yandırıb  bir az da olsa qızına bilərlər. Onlar kimlərinsə təhrikiylə Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam etsələr, qızınmanın digər növlərini də görəcəklər.

Millət vəkili Sahib Alıyev

Visiontv.az