“ABC News”a müsahibə verən Zelenski bu addımın ölkənin bəzi hissələrinin Rusiya nəzarətində qalacağına qeyri-müəyyən müddətə izn verəcəklərini deyib. O hazırda Rusiyanın Ukraynanın 20%-dən bir qədər az ərazisinə nəzarət etdiyini bildirib. Zelenski həmçinin Ukraynanın hüquqi baxımdan işğal edilmiş əraziləri Rusiya ərazisi kimi tanımayacağını söyləyib.
Ukrayna son günlər bir neçə dəfə Rusiya ilə konfliktin dondurulmasına hazır olduğunu açıqlayıb. Bu açıqlamalar Ukraynanın ABŞ ilə münasibətlərinin pisləşməsi fonunda yaşanıb.
ABŞ rəhbərliyi bundan öncə Zelenskini sülhdən qaçmaqda ittiham edib. Trampın açıqlamalarına Kiyev etiraz edib və indiyə qədər çox güzəştlərə getdiyini bildirib.
Rusiya isə öz növbəsində hazırkı cəbhə xəttində müharibənin dayandırılmasına qarşı çıxdığını bildirib. Moskva hazırkı dövrdə ən azı bütün Donetsk vilayətinin onun nəzarətinə verilməsini tələb edir ki, onun da 10%-I Ukrayna ordusunun nəzarətindədir.
visiontv.az