Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir
19.04.2024

Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir.

Visiontv.az  APA-ya istinadən  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zamin subsidar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

visiontv.az