Yerimiz və gələcəyimiz...
Yerimiz və gələcəyimiz...
27.03.2024 Bəybala Mirzəyev Tərəfindən

Müxtəlif ölkələrin tədqiqatçılarının və ali məktəblərinin elmi fəaliyyəti, elmi məhsuldarlığı və aldıqları nəticələrin elmi dəyəri əsasında dünya alimlərinin və universitetlərinin reytinq sıralamasını müəyyən edən nüfuzlu “AD Scientific Index” təşkilatı 2023-2024-cü il üçün dünya alimlərinin, ölkələrinin və elmi müəssisələrinin reytinqini açıqlayıb.

Belə ki, Azərbaycan “AD Scientific Index”in dünya reytinqində (World Ranking) 96-cı, regional reytinqində (Region Ranking) isə 32-ci sırada qərarlaşıb.

96-cı və 32-ci yerlər ölkəmiz üçün nə dərəcədə əlverişlidir, bunu elm və təhsil mütəxəssislərimiz dəyərləndirə bilər, lakin bəlli olan tək həqiqət budur ki, yaxın gələcəkdə ölkələrin gücü yalnız elmi inkişaf səviyyəsi ilə ölçüləcək.

P.S.

Yeri gəlmişkən, bu gün Azərbaycanda Elm Günüdür. Bütün çətinliklərə rəğmən elm sahəsində fədakarlıq göstərən insanlarımızı, dünya ilə ayaqlaşmağa çalışan ayrı-ayrı tədqiqatçılarımızı, bilginlərimizi təbrik edirik!

P.P.S Azərbaycanın reytinq göstəriciləri ilə tanış ola bilərsiniz.

https://www.adscientificindex.com/country-ranking/?country_code=az&fbclid=IwAR10lgeOh9tYtzWedC9x7Vp6jnVubw25x9E-Mly6X9P6gtkjHuitgrKmDdg_aem_AR6VpHyb6GvDMtPCMV-xgx-L8l5jslLEAhNnUaM_Cp-_4MJo9iJH9_oFBYdMOTKX19FMxJ80Ji8pJyHvOMAXNtTj

Bəybala Mirzəyev

visiontv.az