Yenidən qapanma tədbirləri faydalı ola bilərmi? - Aqil Məmmədov
20.04.2021

Son günlər Azərbaycanda yenidən Covid-19 yoluxma hallarında kəskin artımlar müşahidə edilir. Yenidən insanlar, mətbuat sərt karantin rejimindən danışır və cəmiyyəti buna hazırlaşdırırlar. Mənzərə niyə yenidən pisləşdi?

1. Yoluxma hallarının 3 rəqəmə qədər azalması insanları rahatlatdı və onlar havaların isinməsi ilə birlikdə özünü qoruma vərdişlərini arxa plana keçirdib daha çox sosiallaşmaya meyil etdilər.

2. Birinci və ikinci dalğa ilə müqayisədə 3 dalğada mutasiya uğramış bir neçə növün kəskin yayılması ilə statistika yenidən mənfi iqtiqamətə doğru irəlilədir.

3. Vaksinasiya prosessində hələ ki, istənilən nəticənin əldə edilməməsi, vaksin olunmuş insanların özlərini tam müdafiə olunmuş sayaraq tədbiri əldən vermələri.

Azərbaycan vaksinasiya prosessini dünyanın bir çox ölkəsindən, hətda Avropa ölkələrindən öncə başlayıb və hal-hazırda vaksinasiya səviyyəsinə görə dünyada ilk 45 ölkədən biriyik. Son rəqəmlərə əsasən ölkə əhalisinin 9-10 % bir və ya iki doz vaksin qəbul edib.  Ancaq hələdə bir çox insan vaksinasiyanın şəxsi qərar olduğunu düşünərək, müxtəlif bəhanələrlə prosesdən yayınır. Anlamaq lazımdır ki, vaksin vurdurmaq vətəndaşlıq , insanlıq qarşısında bu gün hər kəsin verə biləcəyi önəmli qərarlardandır. Bu prosessdə iştirak etməklə yalnız özümüzü deyil, daha geniş insan kütləsini yoluxmadan və ölümdən müdafiə edə bilərik

Yenidən qapanma tədbirləri faydalı ola bilərmi ? Birinci və ikinci dalğa ilə müqayisədə yenidən qapanmanın sadəcə vaxt qazandıracağı şübhəsizdir ancaq prosessi tam nəzarətə götürmək üçün bu yöntəm effektiv deyil. Effektiv yol kütləvi şəkildə vaksinasiyada iştirakla təmin edilə bilər. Hər kəsin üzərinə düşən missiya öz növbəsini alıb, poliknikaya yaxınlaşıb vaksin olunmaqla cəmiyyətə faydalı ola bilər. Beləliklə bu gün əldə olunan 10% lik vaksinasiya nəticəsini 40% üzərinə çıxartdıqda rahat nəfəs almaq mümkün olacaq. Misal üçün İsrail əhalisinin 70% artıq vaksinasiyada iştirak edib və bu gündən etibarən ölkədə açıq havada maska taxmaq məcburiyyəti aradan qaldırılıb. Vaksin effektivdir və ya deyil bunu elm adamları müzakirə edib bir nəticəyə gələcək. Ola bilər ki, vaksin 100% bizə yoluxmayacaqsan zəmanəti vermir, ancaq vaksin yoluxma zamanı prosessi daha yüngül keçirməyə yardımçı olacaq.

Visiontv.az