Yataqxanada zəhərlənən tələbə qızlarla bağlı SON MƏLUMAT
21.11.2019

Xəbər verdiyimiz kimi saat 12:35-da Təcili Tibbi Yardıma Bakı Dövlət Universitetinin yataqxanasında yaşayan tələbələrin zəhərlənməsi ilə bağlı müraciət daxil olub.

 

Huşsuz vəziyyətdə üç tələbə qız aşkarlanıb. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Tələbələrdən birinin öldüyü, digərlərinin xəstəxanaya yerləşdirildiyi bilinir.
Hadisə ilə əlaqədar Kliniki Tibbi Mərkəzlə əlaqə saxladıq. İlkin cavabda qida zəhərlənməsi ilə bağlı müraciət olmadığı deyilib. Daha sonra fakt təsdiqlənib. Bildirilir ki, xəstələrin müayinəsi davam edir, hazırda onlardan lazım olan analizlərin götürüldüyü deyilib. Analizlər zəhərlənmənin hansı səbəbdən baş verdiyini dəqiqləşdirəcək.
Qeyd edilir ki, qızlar dəm qazından boğulmayıblar. Çünki onlar huşsuz vəziyyətdə hamamda yox, otaqda aşkar ediliblər.