İran Prezidenti Məsud Pezeşkian mayın 31-i axşam saatlarında hökumət iclasında çıxış edib.
Bu barədə İran mediası məlumat yayıb.
O, ölkədə xüsusən enerji sahəsində ciddi problemlərin olduğuna toxunub və bunun keyfiyyətli idarəçiliyinin vacibliyini söyləyib.
İran Prezidenti üstüörtü şəkildə istefası barədə məlumatlara da aydınlıq gətirib:
"Mən özüm barədə danışıram, ya idarəçiliyi güclü şəkildə davam etdirəcəyəm və ya da şəhid olacağam. Hər ikisi də mənim üçün böyük qələbədir".
Qeyd edək ki, ötən gün Məsud Pezeşkianın istefa verdiyi barədə məlumatlar yayılmışdı.
visiontv.az