Xocavəndin iki kəndinə 39 ailə köçürülüb, mənzillərin açarları təqdim olunub
17.08.2026

Avqustun 17-də yola salınan köç karvanları Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinə çatıb.

 İlk mərhələdə Quzeyxırman kəndinə köçürülən 82 nəfərdən ibarət 18 ailəyə, Güneyxırman kəndinə köçürülən 103 nəfərdən ibarət 21 ailəyə mənzillərin açarları təqdim olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və  Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və  Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

visiontv.az