Xocalı soyqırımının 29-cu ildönümü TBMM-də anılıb
25.02.2021

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı foto və rəsm sərgisinin açılış mərasimi keçirilib.

Visiontv.az-ın xəbərinə görə, sərgi Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçirilir.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim sərgidə Xocalı ilə bağlı rəsm əsərlərinin nümayiş olunduğunu diqqətə çatdırıb.

TBMM sədri Mustafa Şəntop Xocalı soyqırımını insanlıq əleyhinə törədilmiş cinayət kimi qiymətləndirib. 

Tədbir çıxışlarla başa çatıb.

APA