Xankəndidə xeyli silah-sursat aşkarlanıb
24.04.2024

Xankəndidə xeyli sayda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat  xidmətindən  verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 23-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 2  tapança, 2  tüfəng, 1 qumbaraatan, 4 qumbara, 19 patron darağı, 3 mərmi, 1410 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

visiontv.az