Tehran şəhərinin başçısı Əlirza Zakani bildirib ki, ABŞ və İsrailin hücumları zamanı həlak olan İranın mərhum ali rəhbəri Əli Xameneyi ilə vida mərasimləri yalnız İranda deyil, İraqda da keçiriləcək.
Zakaninin sözlərinə görə, iki günlük anım tədbirlərindən sonra Xameneyinin cənazəsi müxtəlif şəhərlərdə keçiriləcək mərasimlər üçün aparılacaq.
O, bildirib ki, 6-7 iyul tarixlərində Tehran və Qum şəhərlərində vida mərasimi təşkil ediləcək. Daha sonra iyulun 8-də vida mərasiminin keçirilməsi üçün Xameneyinin cənazəsi İraqa göndəriləcək.
Tehran meri habelə iyulun 9-da Xameneyinin Məşhəddə dəfn ediləcəyini açıqlayıb.
visiontv.az