"WhatsApp"da yeni funksiya işə salındı
04.03.2021

"WhatsApp" messencerinin kompüter versiyasında yeni funksiyalar peyda olub. Messencerin həmin versiyasında səsli mesaj və videozəng funksiyaları işə salınıb. Qeyd olunur ki, bu funksiyalar "Windows" və "Mac" platformlarında mümkündür. Bu günədək səsli mesaj və videozəng funksiyaları yalnız mobil telefonlarda mümkün idi.