Vilayət Eyvazovdan YENİ TƏYİNAT: Bu şəxsi "Bandotdel"ə rəis GÖNDƏRDİ - FOTO
12.07.2019

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.

VisionTV.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr verib.

Əmrə əsasən, polkovnik Əbülfət Rzayev BMCMİ-yə rəis təyin edilib. O, bu postda Seyfulla Əzimovu əvəzləyib.

Xatırladaq ki, Əbülfət Rzayev 1968-ci il avqust ayının 11-də anadan olub.Uzun müddət BDU-nun hüquq fakültəsində "Konstitusiya hüququ" və "İnzibati hüquq" fənlərindən dərs deyib.

1995-ci ildən həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində xidmət edir.

Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində işləyib. 
Vilayət Eyvazovdan YENİ TƏYİNAT: Bu şəxsi "Bandotdel"ə rəis GÖNDƏRDİ - FOTO