Vaşinqton Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi ilə barışıb - Məhəmməd Əsədullazadə
Vaşinqton Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi ilə barışıb - Məhəmməd Əsədullazadə
22.06.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ-ın Əfqanıstandan 20 ildən sonra qoşunun çıxarması, Talibanın növbəti dəfə hakimiyyətə gəlməsinə şans yaranıb. Qeyd edim ki, iki il davam edən ABŞ-Taliban danışıqları artıq sonuncunun qələbəsi ilə yekunlaşdı.

Demək olar ki, Vaşinqton Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi ilə barışıb. Ötən may  ayın 1-dən başlayaraq, sentyabrın sonuna kimi ABŞ qoşunları Əfqanıstanı tərk etməlidir. Artıq Taliban bundan istifadə edərək 100 dən artıq rayonu nəzarətə alıb.

Əfqanıstanda iki hakmiyyətlilik formalaşıb. Mərkəzi hökumətin nəzarətində 90 vilayət qalıb və ABŞ bu ölkəni tərk etdikdən sonra, Taliban hökumətin nəzarətində olan rayonları silahlı yolla nəzarətinə alacaq və bu faktiki Əfqanıstanda 20 ildən sonra Talibanın hakimiyyətə gəlməsi ilə nəticələnəcək. Bir neçə gündür ki, davam edən toqquşmalarda Taliban üstünlük əldə edib. Göründüyü kimi, 20 il əvvəl, Taliban üzərində qələbə çalan ABŞ, ölkəni bu qüvvələrə təhvil verib çıxır. ABŞ Əfqanıstanda bu illər ərzində heç bir nəticə əldə etmədi. Sonradan girdiyi İraqda da eyni aqibəti yaşadı.

Qeyd edim ki, Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi Azərbaycanıda yaxından maraqlandırır.

1-ci, Bu ölkədə qeyri-sabitliyin davam etməsi, Azərbaycanın da iştirakçısı olduğu "Lapis-lazuri" nəqliyyat dəhlizinin fəaliyyətinin dayanmasina gətirib çıxaracaq. Qeyd edim ki, "Zəngəzur" dəhlizinin açılması ilə bu nəqliyyat arteriyasi birbaşa Əfqanıstandan keçməklə, Pakistanla quru əlaqələri təmin edəcəkdi.

2-ci, bu ölkədə sülhməramlı missiyada iştirak edən Azərbaycan hərbçilərinin eve dönüşü təmin edilməlidir. Aşkar şəkildə olmasa da ABŞ, Əfqanıstani Talibana təhvil verib çıxır. Artıq Əfqanıstanda sülhməramlı qüvvələrin fəaliyyətinə ehtiyac yoxdur.

Türkiyəyə Kabul hava limanının təhlükəsizliyini təhvil verirlər. Ankara bu ölkədə dialoq və sabitliyin əldə olunmasına töhfə verməyə çalışacaq. Ankara  Talibanla danışıqlar aparacaq. Bu danışıqlar Talibanın hakimiyyəti ələ keçirməsinə mane olmayacaq.
Əfqanıstan yenidən terror və radikalizmin mərkəzinə çevrilir. Buradan Mərkəzi Asiya dövlətlərinin də təhlükəsizliyi təhdid ediləcək.

Visiontv.az