Üzündə cızıqlar yaranan körpənin otağına kamera qoydular - ŞOK EDƏN GÖRÜNTÜ - VİDEO
26.09.2019

Uşağın anası körpənin üzündə yaranan dərin və göy izlərin məhz bu kabus tərəfindən edilyinə inanır.

ABŞ-ın Miçiqan əyalətində yerləşən bir evdə qeyri-adi hadisələr baş verir. Belə ki, əvvəlcə körpələrinin üzündə cızıqlar olduğunu görən valideynlər onun otağına kamera yerləşdiriblər. Kameranın qeydə aldığı görüntülər isə onları şoka salıb.

VisionTV.az metbuat.az-a istinadən xəbər verir ki, görüntülərdən də göründüyü kimi bir kölgə otağından bir tərəfindən digərinə keçir və bu zaman uşaq ayağa qalxaraq ətrafa baxır. Uşağın anası Coşua Hiqqins uşağın üzündə yaranan dərin və göy izlərin məhz bu kabus tərəfindən edilyinə inanır.
Bu hadisə evdə yaşanan ilk belə hadisə deyil. Coşua Hiqqins daha əvvəl evdə qışqıran və gülən hirsli bir kişi səsi eşidildiyini də deyir. O, bir dəfə evdə tək olarkən duş qəbul etdiyini və bu zaman pilləkənlərdən qalxıb düşən ayaq səslərinin gəldiyini bildirib. Bu evin əvvəlki sahibi olan qadının məhz pilləkəndən yuvarlanaraq öldüyü də deyilir.

Qeyd edək ki, cütlük artıq evdən köçmək qərarı verib.