ÜST: Azərbaycan koronavirusa qarşı tədbirləri gücləndirib
13.03.2020

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda səfərdə olan missiyası ölkəmizin koronaviurusa (COVID-19) qarşı hazırlıq tədbirlərini gücləndirdiyini və bunu alqışladığını açıqlayıb.

Visiontv.az Trend-ə istinadən xəbər verir ki, vəziyyətin öyrənilməsi məqsədilə ÜST-nin 5 nəfərdən ibarət olan ekspert qrupu martın 9-dan 13-dək Azərbaycanda səfərdə olublar.

ÜST ekspertləri bildiriblər ki, ölkədə koronavirusa yoluxma hallarının olduğu təsdiqlənib.

Hazırda ÜST COVID-19-a cavab planı hazırlamaq üçün milli cavabdeh qurumlarla işləyir.