Universitet müəllimi: Ən yaxşı müəllimlərimiz işdən qovulub
27.03.2024

Ən yaxşı Universitet müəllimlərinin hər hansı səbəbə görə işdən çıxarılması faciədir və bu gənclərin təhsilə olan marağının azalmasına, onların təhsillərini yarımçıq tərk etmələrinə səbəb olur.

Bu sözləri Tehran Universitetinin elmi heyətinin üzvü, Universitet müəllimi Rza Məlikzadə yerli mediaya müsahibəsində deyib.

O, son iki il ərzində Tehran Universitetinin 40 müəlliminin işdən qovulduğunu və məcburi təqaüdə göndərildiyini deyən müəllim, Təhsil Nazirliyinin stajlı müəllimlərə qarşı ədalətsiz münasibətini tənqid edib.

Məlikzadə Tehran Universitetində baş verənləri təhsil ocağının ümumi fəaliyyətinin pisləşməsinə səbəb olduğunu söyləyib.

"45 ildir müxtəlif vəzifələrdə çalışmışam, ancaq indi qədər hörmətsizlik görməmişəm. Bizə qarşı olan bumünasibət gənclərin xaricə mühacirətinin artmasına, gedənlərin isə geri dönməməsinə səbəb olub",- Universitet müəllimi bildirib.

Qeyd edək ki, narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.

Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

visiontv.az