Ukraynanın "Sülh planı" mükəmməl olmasa da Rusiyaya hərhansı bir ərazi güzəşti yoxdur
19.10.2024

Ukrayna prezidenti V. Zelenski "sülh planını" Ali Radaya təqdim edib.Təqdim edilən "Sülh planın" ana xətti əsasən, Ukraynaya hərbi yardımların artırlılmasi və Rusiya ərazisinə zərbələrə icazə verilməsidir.

Bu planda diplomatik danışıqlar istisna edilmir. Təbii ki, V. Zelenski sülh planını ABŞ və digər tərəfdaş ölkələrə təqdim edib. Bununla V. Zelenski 2025-ci ildə Ukraynanın qələbəsinin təmin edilməsinə hesablanıb.

ABŞ sülh planından irəli gələn bəndlərin yerinə yetirilməsi istiqamətində addımlar atacaq. Bu, ABŞ -da keçiriləcək prezident seçkilərindən sonra mümkün olacaq.

Hazırda Rusiya ilə Ukrayna arasında hərhansı bir diplomatiq danışıqlar üçün zəmin yoxdur. Yalnız Ukrayna Rusiyanın içərilərinə zərbələr endirməklə və Rusiya qoşunlarını şərqdə sıxışdırmağa nail olduqdan sonra, Kreml danışıqlar masasına əyləşə bilər.

Ukraynanın "Sülh planı" mükəmməl olmasa da Ukraynanın burada Rusiyaya hərhansı bir ərazi güzəşti yoxdur. Amma, Almaniya, Fransa Ukraynanın ərazi güzəştə gedib, atəşkəsə nail olunmasında maraqlıdır. Amma, bu güzəşt Rusiyanı dayandırmayacaq. V. Putinə Kiyev və tamam Ukrayna lazımdır.

Məhəmməd Əsədullazadə, MCP Başqan müavini, siyasi ekspert

visiontv.az