Ukraynada iyunun 30-na olan hərbi əməliyyatların xəritəsi: Britaniya kəşfiyyatının məlumatı
Ukraynada iyunun 30-na olan hərbi əməliyyatların xəritəsi: Britaniya kəşfiyyatının məlumatı
30.06.2022 MEDİA Tərəfindən

Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatların xəritəsini yeniləyib.

Cümə axşamı, iyunun 30-na olan məlumata görə, Ukrayna ordusu iki istiqamətdə əks-hücum əməliyyatları həyata keçirir. Eyni zamanda şərqdə şiddətli döyüşlər davam edir.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin Twitter hesabında məlumat verilib.

 Britaniya kəşfiyyatının məlumatına görə, Ukrayna qoşunları Xerson istiqamətində əks-hücum əməliyyatlarını uğurla həyata keçirir. Həmçinin, Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində və Xarkov yaxınlığında döyüşləri davam etdirir.

Eyni zamanda, rus işğalçıları əsas qüvvələrini Donetsk və Luqansk vilayətlərində cəmləməyə çalışı və  bir neçə istiqamətdə - Lisiçansk, İzyum və Baxmut bölgələrinə zərbələr endirirlər.

visiontv.az