Ukraynada gedən döyüşlərə muzdluları və terrorçuları cəlb etməklə bu ölkəni Suriyaya çevirəcəklər
Ukraynada gedən döyüşlərə muzdluları və terrorçuları cəlb etməklə bu ölkəni Suriyaya çevirəcəklər
11.03.2022 Sahib Alıyev Tərəfindən

Böyük (mənəvi anlamda yox) dövlətlər Ukraynanı da yavaş-yavaş Suriyaya çevirməyə başlayırlar. Həm də o gözəl ölkəni təkcə dağıtmaqla deyil, orada gedən döyüşlərə muzdluları və terrorçu ünsürləri cəlb etməklə də.

Dünyada gedən prosesləri az-çox izləyən hər kəs neçə illərdir "beynəlxalq terrorizm"ə qarşı savaş aparlıdığı deyilsə də, niyə terrorçuların sayının  azalamaq əvəzinə daha da artmasının sirrini yəqin artıq bilir.  Çünki  guya  terrorçu qruplaşmaların kökünü kəsməyə çalışanların  elə özlərinin onları yaratdıqlarını  təsdiqləyən yüzlərlə fakt var.

O faktlar göstərir ki, böyük güclər terrorçu qruplaşmalardan həm bir-birilərinə, həm də ayrı-ayrı ölkələrə qarşı proksi kimi faydalanırlar. Ona görə də qərbin ardından Rusiyanın da Yaxın Şərqdən Ukraynayay muzdlular gətirmək istəyi haqda xəbərə mən qətiyyən təəccüblənmədim.

Sadəcə, Təhlükəsizlik Şuralarının toplantısında Suriyadan 16 min "könüllü"nün gərirlib Ukraynaya göndəriləcəyinin anonsunu verənlərin baş kəşfiyyatçısının bir açıqlaması yadıma düşdü. Xatırlayırsınızsa,  44 günlük savaş zamanı o,  Azərbaycanın Suriyadan Qarabağa guya iki mindən artıq muzdlu cəlb etdiyini bildirərək  bunun yolverilməzliyini deyirdi.

Halbuki həmən baş kəşfiyyatçı da, digərləri də yaxşı bilirdilər ki, Qarabağa Suriyadan terrorçu cəlb edən məhz Ermənistandır. Maraqlıdır,  görəsən Rusiyanın Suriyadan gətirəcəyi o 16 min nəfərdən nə qədəri Qarabağda işğalçılarla çiyin-çiyinə vuruşub burunları əzilənlərdir?

Sonda onu da deyim ki, Rusiyanın Suriyadan gətiriləcək "könüllülər"ə ehtiyac duyması Ukraynada başlatdıqları  "özəl əməliyyat"ın  44 günlük savaş ərəfəsində və döyüşlər gedərkən  Ermənistana göndərdikləri silah-sursatı “tikinti materialı” adlandıran Sergey Şoyqunun bildirdiyinin əksinə olaraq  heç də "plan üzrə" getmədiyindən xəbər verir.

Millət vəkili Sahib Alıyev

Visiontv.az