Ukrayna ordusu Rusiyanın Qroznı şəhərində hərbi hissələrə pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Ukraynanın “Exilenova+” “Telegram” kanalı hücum anının əks olunduğu iddia edilən videogörüntülər yayıb.
Məlumata görə, ilk pilotsuz uçuş aparatı şəhərdəki 42-ci qvardiya motoatıcı diviziyasının ərazisinə düşüb.
Digər PUA-nın isə Federal Təhlükəsizlik Xidmətinin Çeçenistan Respublikası üzrə idarəsinin yaxınlığına düşdüyü, lakin hədəfə çatmadığı bildirilir.
visiontv.az