Ukrayna Hərbi Hava Qüvvələri düşmən hədəflərinin 80%-ni vurur - Zalujnı
Ukrayna Hərbi Hava Qüvvələri düşmən hədəflərinin 80%-ni vurur - Zalujnı
30.11.2022 MEDİA Tərəfindən

Ukrayna Hərbi Hava Qüvvələri düşmən hədəflərinin təxminən 80%-ni məhv edir. Genişmiqyaslı müharibə başlayandan bəri hava hücumundan müdafiə qüvvələri 240 mindən çox hava hədəfini vurub.

Bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıya istinadən xəbər verir.

"9 ay davam edən genişmiqyaslı müharibədə Hərbi Hava Qüvvələrinin radiotexniki qüvvələri düşmənin 240 mindən çox hava hədəfini aşkar edib və izləyib. Bu hədəflərdən txminən 80%-i məhv edilir. Bu yüz minlərlə insanın həyatını xilası, infrastrukturun qorunub saxlanması deməkdir. Həm də hərbiçilərimizin yüksək məharətinin göstəricisidir”, - deyə o yazıb.

Ali Baş Komandan Hərbi Hava Qüvvələrinin hərbi və radiotexniki qoşunlarını peşə bayramları münasibətilə təbrik edib, xidmətlərinə görə təşəkkür edib.

visiontv.az